Bu gündən ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır

ÖLKƏ
00:20
12 May 2020
93

Bu gündən etibarən ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlər üçün sənəd qəbulu başlayır.

Sabah.az xəbər verir ki, sənəd qəbulu 12 may-5 iyun tarixlərində onlayn şəkildə aparılacaq.

İmtahanların 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının hər hansı biri  üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərtilə V ixtisas qrupu üzrə də müsabiqədə iştirak edə bilərlər.

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Xəbər lenti