Bu dairələr də araşdırılacaq - Siyahı
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar daha 4 Seçki Dairəsi üzrə müraciəti prosedur qaydalarına uyğun olaraq baxılmaq üçün müvafiq dairə seçki komissiyalarına göndərib.
Sabah.az xəbər verir ki, bu barədə bu gün MSK-nın iclasında qərar qəbul edilib.
Qərara əsasən, 10 saylı Binəqədi Üçüncü (lider namizəd Madər Musayev), 15 saylı Yasamal Birinci (lider namizəd Ülvi Quliyev), 28 saylı Sabunçu Üçüncü (lider namizəd Eldar Quliyev), 45 saylı Abşeron (lider namizəd Oqtay Əsədov), 50 saylı Abşeron-Qobustan (lider namizəd Şahin Seyidzadə), 60 saylı Salyan-Neftçala (lider namizəd Fəzail Ağamalı), 67 saylı Cəlilabad Şəhər (lider namizəd Malik Həsənov) 79 saylı İmişli (lider namizəd Razi Nurullayev), 90 saylı Ağdaş (lider namizəd Cavid Osmanov), 92 saylı Zərdab- Ucar (Jalə Əliyev), 109 saylı Balakən (Nəsib Məhəmməliyev), 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd (lider namizəd Elman Məmmədov) və 125 saylı Zəngilan-Qubadlı (lider namizəd İmamverdi İsmayılov) Seçki dairələri üzrə müraciətlər prosedura uyğun olaraq müvafiq dairə seçki komissiyalarına göndərilib.
Daha çox