"EuroHome”da başlayan yanğın söndürüldü - Foto+Video+Yenilənib
Bakı şəhərində yanğın hadisəsi baş verib.
Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Xatırladaq ki, ötən il dekabrın 10-da da "EuroHome” tikinti materialları bazarında yanğın baş vermişdi.
***
FHN-dən bildirilib ki, Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb, açıq alov məmbələri yoxdur. Hazırda yanğın yerində soyutma və tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv materialların sökülməsi işləri davam etdirilir.
Daha çox