Hasan Şaş “Qalatasaray”dan ayrıldı
Türkiyənin “Qalatasaray” klubunun məşqçisi Hasan Şaş işindən ayrılıb.
Sabah.az xəbər verir ki, bu barədə millinin sabiq üzvü şəxsi Tvitter hesabından məlumat yayıb. 43 yaşlı mütəxəssis öz istəyi ilə komandadan ayrıldığını bildirib.
Qeyd edək ki, futbolçu kimi 11 il (1998-2009) “Qalatasaray”da çıxış etmiş keçmiş yarımmüdafiəçi 2011-2013-cü illərdə komandanın məşqçisi olub. O, 2018-ci ildə yenidən “sarı-qırmızılar”a qayıdaraq baş məşqçi Fatih Terimin köməkçisi təyin edilmişdi.
Daha çox