Bu dairələrdən olan şikayətlərə də baxıldı

ÖLKƏ
17:53
13 Fevral 2020
77

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daha bir neçə şikayətə baxılıb.

Sabah.az xəbər verir ki, iclasda 81 saylı Beyləqan seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 42 saylı Suqmayıt ikinci seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətlər müzakirə olunub.

Sonda həmin müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib.

Qeyd edək ki, 81 saylı Beyləqan seçki dairəsindən İsmayılov Şahin Əmir oğlu, 72 saylı Yardımlı-Masallı seçki dairəsindən Qasımlı Musa Cəfər oğlu, 95 saylı Tərtər seçki dairəsindən Alıyev Sahib Eyvaz oğlu, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Mirkişili Tahir Famil oğlu, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən İsmayılov İmamverdi İbiş oğlu qalib olub.

Xəbər lenti