Şagirdlərin qiymətləndirilməsi necə aparılacaq? - Rəsmi açıqlama

GÜNDƏM
13:08
11 May 2020
1150

Ümumtəhsil müəssisələrində təhsilalanların ilin sonuna olan bilik və bacarıqlarını ölçmək üçün qiymətləndirmələrin “Virtual məktəb” platforması vasitəsilə aparılması planlaşdırılır.

Sabah.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, milli qiymətləndirmə tədqiqatları ilə yanaşı, təhsilalanların ilin sonuna olan bilik və bacarıqlarını ölçmək üçün müxtəlif qiymətləndirmə vasitələrinin hazırlanması nəzərdə tutulur. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd həm şagirdlərin özlərini qiymətləndirməsi, həm də ümumi vəziyyətin ölçülməsi ilə bağlı monitorinqlərin aparılmasıdır. Bu qiymətləndirmələr şagirdlərin yekun qiymətlərinə təsir etməyəcək.

Qeyd edək ki, ümumtəhsil müəssisələrində ikinci yarımil üzrə heç bir kiçik və ya böyük summativ qiymətləndirmənin aparılması planlaşdırılmır. Şagirdlərin illik qiymətləri birinci yarımilin qiymətləri əsasında çıxarılacaq. İllik qiymətlərindən narazı qalan şagirdlər üçün növbəti tədris ilinin başlanması ərəfəsində təhsil müəssisəsi tərəfindən təkrar qiymətləndirmə təşkil ediləcək.

Xəbər lenti