Daha bir dairə ilə bağlı MSK-ya müraciət
91 saylı Ucar seçki dairəsindən də Mərkəzi Seçki Komissiyasına müraciət daxil olub.
Sabah.az xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət ilk əvvəl dairə seçi komissiyasında araşdırılmalıdır. Ona görə də qərara alınıb ki, müraciət araşdırılması üçün DSK-ya göndərilsin.
Qeyd edək ki, 91 saylı Ucar seçki dairəsindən YAP-ın namizədi Həsən Ramil Sahib oğlu 9 min 643 səslə (51,7 faiz) qalib elan olunub.
Daha çox