Azərbaycanlı həkim Türkiyədə koronavirusdan vəfat etdi
Türkiyədə yaşayan azərbaycanlı həkim Tahir Bababəyli dünyasını dəyişib.
Sabah.az xəbər verir ki, T.Bababəyli İstanbulda koronavirusdan müalicə aldığı xəstəxanada vəfat edib. Bu barədə Türkiyədə yaşayan həmyerlilərimiz - professor Toğrul İsmayıl Faysbukda yazıb.
Qeyd edək ki, T.Bababəyli ötən ay koronavirus diaqnozu ilə İstanbulda xəstəxanaya yerləşdirilib. Həkimin övladları bir müddət əvvəl atalarının sağalması üçün koronavirusa qalib gəlmiş şəxslərə qan vermələri üçün müraciət etmişdilər.
Daha çox