Azərbaycanda koronavirusla bağlı son vəziyyət

GÜNDƏM
21:44
9 May 2020
102

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 7 420 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 9-na açıqladığı statistik göstəricidə qeyd olunub.

Bildirilib ki, indiyədək ölkədə 188 950 test edilib. İndiyə kimi ölkədə 2 422 nəfərdə koronavirus aşkarlanıb, həmin xəstələrdən 31 nəfəri dünyasını dəyişib, 1 620 şəxs sağalıb.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 143 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb, 44 xəstə sağalıb.

Xəbər lenti