Qadına zor tətbiq edərək pulunu alanlar saxlanıldı
Yevlax rayon sakini 1942-ci il təvəllüdlü Z. Məmmədova Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 2 nəfər naməlum şəxsin ona məxsus evə daxil olaraq 1000 manat pulunu oğurladığını bildirib.
Sabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar polis əməkdaşları tətəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla müəyyən edilib ki, Yevlax rayon sakinləri Elçin Rzayev və əvvəllər məhkum edilmiş Amil Qənbərov yaşlı qadına zor tətbiq edərək evdə olan 1000 manat pulu oğurlayaraq qaçıblar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
Daha çox