Sabiq nazir müavini və xidmət rəisi həbs edildi - Yenilənib

ÖLKƏ
19:11
9 May 2020
103

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov, nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov məhkəməyə gətirilib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, onlar Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında barələrində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Səbail rayon Məhkəməsinə gətiriliblər.

Onlarla bağlı təqdimata hakim Şahin Abdullayev baxacaq.

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar.

Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Bayramov və Zakir Sultanov vəzifələrindən azad edilib.

***

Bu gün Səbail rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində istintaq orqanın verdiyi təqdimata baxılıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub.

Hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti