Kürdə batan şəxsin meyiti tapıldı

HADİSƏ
19:37
9 May 2020
127

Kür çayında 64 yaşlı kişi batıb.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

***

Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun axtarışları başa çatıb.

Sabah.az FHN-ə istinadən xəbər verir ki, B.Ağayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti