Türkiyədəki küçəyə çıxma qadağası Azərbaycanda da tətbiq oluna bilər

GÜNDƏM
18:35
9 May 2020
350

"Qaydaların tətbiq olunması üçün vətəndaşlar və iş yerləri maarifləndirilməlidir. Bunun üçün broşürlər də hazırlanıb".

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, xüsusilə bəzi bölgələrdə saylarda artım müşahidə olunur:

"Biz bu sayın artacağını gözləyirdik. Tibb müəssisələrimiz buna tamamilə hazırdır. Vətəndaşlarımızı daha məsuliyyətli olmağa dəvət edirik. Bundan sonra bu təşviqat materialları şəhərdə billboardlarda, hər yerdə nümayiş olunacaq. Jurnalistləri, sosial mediada aktiv olan hər kəsi dəvət edirəm ki, bu təşviqat materialları paylaşsınlar. Yoluxma sürəti insanların qaydalara əməl etməsindən asılıdır.

Sərt karantin rejimindən çıxdıqdan sonra dünya ölkələrinin məhdudiyyətlər tətbiq etməsi ilə bağlı müəyyən təcrübə var. Türkiyədə həftə sonlarında insanların küçəyə çıxmasına məhdudiyyət qoyulur. Biz Azərbaycanda statistik məlumatlara yaxından izləyirik. Ola bilsin, bayram günlərində və həftə sonları məhdudiyyətlərin tətbiq edilməsi üçün Operativ Qərargaha müraciət edəcəyik".

Xəbər lenti