Böyük ticarət mərkəzləri açıla bilər - Bu şərtlərlə

ÖLKƏ
18:17
9 May 2020
193

“Böyük ehtimalla, gələcək günlərdə böyük ticarət mərkəzləri açılacaq. Ancaq bu ayın sonuna qədər böyük ticarət mərkəzlərinin açılmasını gözləmirik”.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib.

R. Bayramlı deyib ki, ticarət mərkəzləri açılsa belə, bəzi məhdudiyyətlərə və qaydalara əməl edilməlidir: “Məsələn, ticarət mərkəzlərindəki uşaq əyləncə mərkəzləri, qida bölmələri kimi yerlərin fəaliyyətinə məhdudiyyətlər qoyula bilər”.

Xəbər lenti