"Karantin rejimini yenidən sərtləşdirməyə ehtiyac yoxdur"

GÜNDƏM
17:57
9 May 2020
347

“Karantin rejiminin tədricən yumşaldılması nəticəsində ikinci dalğanın baş verməsi gözlənilən idi”.

Sabah.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

"Bugünkü göstəricilər belə deməyə əsas verir ki, təkrar sərtləşdirməyə hələlik ehtiyac yoxdur. Metronun açılması ilə bağlı da tibbi göstərişlər hazırlanıb. Xəstəxanalarımız tam hazır vəziyyətə gətirilib, təchizat məsələləri həll olunub. Amma bu, vətəndaşlarımızın məsuliyyətindən daha çox asılıdır. Bugünkü rəqəmlər bunu deməyə əsas verir ki, karantin rejiminin sərtləşdirilməsinə əsas yoxdur. Amma gələcəkdə həftə sonları və bayram günlərində məhdudiyyətlər ola bilər".

Xəbər lenti