“Heç kim maska qıtlığını bəhanə gətirməməlidir” - TƏBİB sədri

ÖLKƏ
17:43
9 May 2020
104

“Tibbi maskalardan istifadənin məcburi hala gətirilməsi tələbatın artmasına gətirib çıxara bilər”.

Sabah.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

“Sərt karantin rejimindən çıxdıqdan sonra tələbatın artması ilə tibbi maska çatışmazlığı müşahidə oluna bilər. Lakin heç kim maska qıtlığını bəhanə gətirməməlidir. Tibbi maskalarla bağlı ciddi problem gözləmirik. Belə problem olsa, müxtəlif parçalardan maskalar hazırlana bilər. Şəhərlərdə, ictimai nəqliyyatda maska hazırlamaqla bağlı təlimatlar asılacaq. Vətəndaşlarımız bu təlimatlardan istifadə edərək evlərdə də maskalar hazırlaya bilərlər”.

Xəbər lenti