“Space”in yayımı 1 saat dayanacaq, AzTV məhkəməyə verildi
Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Sabah.az xəbər verir ki, MTRŞ-dan verilən məlumata görə, iclasda 5 may 2020-ci il tarixində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb.
Mayın 5-də “Space” televiziya kanalının efirində yayımlanan “Böyük boss” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 15 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 23:00-dan saat 00:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Həmçinin, “Azərbaycan Televiziyası” (AzTV) kanalının İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.
Daha çox