Tərtərdə qətl hadisəsi - Qonşu qonşunu öldürdü
Tərtər rayonunda qətl hadisəsi baş verib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, ötən gün səhər saatlarında Heydər Əliyev prospektində yaşayan, 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlunun küçədə meyiti tapılıb.
Məlumata görə şəhərin Heydər Əliyev prospektində yaşayan, Xətai Zeynalov gecə saatlarında telefona zəng edilərək evdən çağırılıb.
Evdən çıxan X.Zeynalovun meyitini səhəri gün şəhərin Cavanşir küçəsində təmizlik işləri aparan şəxslər tapıb.
Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, araşdırmalar zamanı X.Zeynalovun qonşusu Hümbətov Naib Nadir oğlu tərəfindən bıçaqlanaraq öldürülməsi müəyyən edilib.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
X.Zeynalovu öldürməkdə şübhəli bilinən həmyerlisi, Naib adlı şəxs saxlanılıb.
Daha çox