Azərbaycanla qonşu ölkələrdə COVID-19-la bağlı son statistika

XƏBƏR
12:19
9 May 2020
225

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı daha 10 min 817 nəfər artıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat verib.

Son 24 saatda pandemiyadan ölənlərin sayı daha 104 nəfər artıb.

Qeyd edək ki, Rusiyada pandemiyaya yoluxanların ümumi sayı 198 min 676 nəfər, virusdan sağalanların sayı 31 min 916 nəfər, ölənlərin sayı isə 1 827 nəfərdir.

Gürcüstanda koronavirusa yoluxanların sayı 626 nəfərə çatıb.

Bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı stopcov.ge saytında yer alıb.

Ümumilikdə ölkədə virusa yoluxan 297 nəfər sağalıb, ölənlərin sayı isə 10 nəfərdir. 

Qeyd edək ki, hazırda karantində olanların sayı 4 702 nəfər, stasionar nəzarətdə olanların sayı 459 nəfərdir.

Ermənistanda koronavirusa yoluxanların sayı 3 175 nəfərə çatıb.

Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan məlumat verib.

Məlumata görə, ölkədə son sutka ərzində daha 146 nəfərdə pandemiyaya yoluxma faktı aşkarlanıb. Həmçinin bir nəfərin ölümü qeydə alınıb.

Qeyd edək ki, indiyədək Ermənistanda koronovirusdan ölənlərin sayı 44 nəfər, sağalanların sayı 1 267 nəfərdir.

Xəbər lenti