“Atletiko”nun futbolçusu koronavirusa yoluxdu
İspaniyanın "Atletiko" (Madrid) klubunun futbolçusu Renan Lodidə koronavirus aşkarlanıb.
Sabah.az "AS" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı sol cinah müdafiəçisinin COVİD-19 testi müsbət çıxıb. Braziliyalının 10 gün müddətində karantində olacağı bildirilib.
Qeyd edək ki, R.Lodi bu mövsüm 33 matçda 1 qol vurub, 3 qolun ötürməsini verib.
Daha çox