Elmar Məmmədyarovla Sergey Lavrov arasında telefon danışığı olub

ÖLKƏ
22:21
8 May 2020
105

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovla Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, XİN rəhbərləri Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi münasibətilə qarşılıqlı təbrikləri çatdırıblar. Tərəflər ikitərəfli münasibətlərin və xarici siyasətin əlaqələndirilməsinin aktual problemlərini, o cümlədən koronavirus infeksiyası və onun nəticələrinin qarşısının alınması müzakirə olunub. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət barədə fikir mübadiləsi aparılıblar.

Xəbər lenti