TƏBİB test sayını açıqladı

GÜNDƏM
21:53
8 May 2020
92

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 5 620 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 8-nə açıqladığı statistik göstəricidə qeyd olunub.

Bildirilib ki, indiyədək ölkədə 181 530 test edilib. İndiyə kimi ölkədə 2 279 nəfərdə koronavirus aşkarlanıb, həmin xəstələrdən 28 nəfəri dünyasını dəyişib, 1 576 şəxs sağalıb.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 75 yeni yoluxma faktı qeydə alınıb, ölən olmayıb, 25 nəfər sağalıb.

 

Xəbər lenti