Yük maşını gənc qadını vuraraq öldürdü
Goranboyda yük maşını piyadanı vuraraq öldürüb.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Goran qəsəbəsində baş verib. Yolu keçmək istərkən yük maşını tərəfindən vurulan qadın aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Bildirilib ki, qəzada həlak olan Tərtər rayonunun Dəmirçilər kənd sakini Baxşəliyeva Şahnaz İsmayıl qızıdır. İlkin məlumata görə, təxminən 25-27 yaşlarında olan qadın Goran qəsəbəsində kafedə çalışırmış. Bir azyaşlı uşaq anasıdır.
Faktla bağlı araşdırma aparılır.
Daha çox