AMEA-da iki yeni təyinat - Foto

XƏBƏR
20:20
8 May 2020
126

Mikrobiologiya İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

Bildirilib ki, Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov öz xahişi ilə tutduğu vəzifədən azad olunub. İnstitutun direktoru vəzifəsinin icrası elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradova həvalə edilib. Bu haqda qərarlar AMEA Rəyasət Heyətinin 8 may 2020-ci il tarixli onlayn iclasında qəbul olunub.

Məlumata görə, kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyev də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. Bu barədə qərar AMEA Rəyasət Heyətinin mayın 8-də baş tutan onlayn iclasında verilib.

Xəbər lenti