Nazirlikdən müraciət etmədiyi halda ona 190 manat təyin olunan teleaparıcıya cavab - Foto

ÖLKƏ
19:42
8 May 2020
121

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müraciət etmədiyi halda ona 190 manatlıq birdəfəlik ödəmənin təyin olunduğunu iddia edən şəxsə cavab verib.

Sabah.az xəbər verir ki, ƏƏSMN-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov “Facebook” səhifəsindən bildirib ki, müraciəti həmin vətəndaşın adından bacısı edib:

“Elnarə Məmmədova adlı şəxs “Facebook” səhifəsində birdəfəlik ödəmə alanların siyahısında onun da olduğunu görüb və müraciət etmədən ona ödəniş təyin edildiyindən təəccübləndiyini, hətta şoka düşdüyünü yazır. Və soruşur, pulun aqibəti necə olacaq?

Dərhal araşdırdıq. Məlum oldu ki, xanımın bacısı Almaz Məmmədova onun şəxsiyyət vəsiqəsi məlumatı əsasında müraciət edib, öz əlaqə nömrəsini daxil edib. Meyarlara uyğun olduğu üçün ödəmə təyin olunub, bu barədə də SMS qeyd edilən nömrəyə gedib. Birdəfəlik ödəmə vəsaiti hazırda poçtda öz sahibini gözləyir.

Elnarə Məmmədovanın bu məsələni öz bacısı ilə aydınlaşdırmaq əvəzinə, əsassız ittihamla post paylaşmasını mühüm bir sosial dəstək tədbiri olan birdəfəlik ödəmə prosesi ilə bağlı mənfi rəy yaratmağa yönələn, məsuliyyətsiz davranış kimi qiymətləndiririk”.

Qeyd edək ki, Elnarə Məmmədova bağlanan ANS telekanalında aparıcı işləyib.

 

Xəbər lenti