Bu şəxslərə növbəti dəfə 190 manat verilməyəcək
Apreldə 190 manat vəsaiti alanların mayda məşğulluq imkanı yaranarsa, onların işsiz şəxsi kimi qeydiyyatı dayandırılacaq.
Sabah.az “Trend”ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni TV” kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu halda həmin şəxslərə may ayı üçün 190 manatın ödənişi dayandırılacaq:
“Növbəti aylarda 190 manatın verilməsinin davam edib-etdirilməyəcəyini indi demək mümkün deyil. Məlumdur ki, indi karantin rejimi ilə bağlı məhdudiyyətlər azaldılır”.
Daha çox