Futbolda 5-ci əvəzetmə qaydası təsdiqləndi

İDMAN
18:27
8 May 2020
95

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunlar zamanı əvəzetmə qaydalarına dəyişikliyi təsdiqləyib.

Sabah.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı milli assosiasiyalara müvafiq məktub göndərilib.

Koronavirus pandemiyası səbəbindən dayandırılmış və 31 dekabr 2020-ci il tarixinədək oynanılacaq turnirlərdə hər komandaya hər matçda beş əvəzləmə etmək icazəsi verilir. Əlavə vaxt itkisindən qaçmaq üçün əvəzetmələrin 3-nə oyun, 2-nə isə fasilə vaxtı icazə veriləcək.

Əgər hər iki komanda eyni vaxtda dəyişiklik edirsə, bu, onların hər birinin 3 dəfə dəyişiklik etmək limitindən çıxılacaq.

İstifadə edilməyən oyunçu dəyişiklikləri (5) və dəyişiklik limitləri (3) əlavə edilmiş vaxta (extra-time) daşınacaq.
 
Əgər oyunun keçirildiyi cari yarış qaydalarına əsasən, oyun əlavə edilmiş vaxta gedərkən (2 hissədən ibarət ekstra), komandalara bir əlavə dəyişiklik haqqı verilirsə, bu zaman hər iki komanda üçün əlavə 1 oyunçu dəyişikliyi hüququ və 1 dəyişiklik etmək şansı yaranacaq (oyun ərzində 5 oyunçu və 3 dəfə dəyişiklik etmək haqqından istifadə edib-etməməsindən asılı olmayaraq).

Komandaların ekstra hissələr başlamadan öncə və hər iki hissə arasındakı fasilədə etdiyi dəyişikliklər onlara verilmiş dəyişiklik etmək limitindən çıxılmayacaq (3+1) .

Yeni qayda iyunun 1-dən tətbiq ediləcək.

Xəbər lenti