DTX Mədəniyyət nazirinin müavinini saxladı - Yenilənib
Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Sabah.az xəbər verir ki, bu barədə DTX-nın İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Bildirilir ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
***
Axşam.az-ın məlumatına görə, Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov saxlanılıb.
Daha çox