Bakıda 3 yaşlı uşağı “tok” vurub öldürdü

HADİSƏ
12:00
8 May 2020
125

Bakıda azyaşlını elektrik cərəyanı vurub.

Sabah.az “Report”a xəbər verir ki, hadisə mayın 7-si saat 17 radələrində paytaxtın Sabunçu rayon ərazisində qeydə alınıb.

Belə ki, 2017-ci il təvəllüdlü A.B mətbəxt otağında elektrik xəttinə qoşulmuş vəziyyətdə olan elektrik ötürücüsünün üzərindəki izolyasiya lentini açarkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti