Bakıda 2 avtomobil toqquşdı, xəsarət alanlar var

HADİSƏ
00:57
8 May 2020
56

Bakının Suraxanı rayonunda 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, qəza Yeni Suraxanı qəsəbəsində baş verib.

İki nəqliyyat vasitəsinin toqquşması zamanı 1959-cu il təvəllüdlü Hüseynov Qüdrət Əsgər oğlu, 1985-ci il təvəllüdlü Mehdiyeva Səbinə Asəf qızı və 22 yaşlı Bəkirov Vahid Sənan oğlu xəsarət alıblar.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti