“Fənərbaxça”da bir nəfərdə koronavirus aşkarlandı

İDMAN
23:36
7 May 2020
106

Türkiyənin daha bir klubunda koronavirusa yoluxma halı aşkarlanıb.

Sabah.az xəbər verir ki, bu, "Fənərbaxça"da qeydə alınıb.

İstanbul təmsilçisinin rəsmi saytından verilən məlumata görə, mayın 5-də klubun bazasında (Samandıra Can Bartu Tesisleri) bütün futbolçular, məşqçilər və çalışanlardan koronavirus testi götürülüb. Bu gün isə nəticələr açıqlanıb və bazada çalışanlardan birinin testi müsbət çıxıb. Onunla birgə daha bir işçi də koronavirus şübhəsi ilə karantinə alınıb.

Qeyd olunub ki, baş verənlərdən sonra klubun sabahkı məşqi təxirə salınıb.

Xəbər lenti