Azərbaycanda koronovirus xəstələri üçün yeni müalicə metodu başlayır - Video

GÜNDƏM
22:36
7 May 2020
85

Azərbaycanda koronovirus infeksiyasına yoluxan xəstələr üçün yeni müalicə mərhələsi başlayacaq.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi bununla bağlı layihə hazırlayıb. Artıq mərkəzin daxilində işçi qrupu da yaradılıb.

Bu müalicədə koronavorus infeksiyasına yoluxub və sağalan insanların qanından istifadə olunacaq.

Qeyd edək ki, qan vermək istəyən hər kəs plazma müalicəsində donor ola bilməz.

Koronavirus infeksiyasından əziyyət çəkən ölkələrdə, eləcə də qardaş Türkiyədə bu müalicədən istifadə olunmağa başlanıb. Plazma terapiya öz uğurlu nəticəsini verməkdədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xəbər lenti