TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

GÜNDƏM
22:14
7 May 2020
33

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 6 120 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 7-nə açıqladığı statistik göstəricidə qeyd olunub.

Bildirilib ki, indiyədək ölkədə 175 910 test edilib. İndiyə kimi ölkədə 2 204 nəfərdə koronavirus aşkarlanıb, onlardan 28 nəfəri dünyasını dəyişib, 1 551 şəxs sağalıb.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 77 yeni yoluxma faktı qeydə alınıb, ölən olmayıb, 15 nəfər sağalıb.

Xəbər lenti