Kloze rəsmən “Bavariya”da
Almaniya millisinin sabiq üzvü Miroslav Kloze ölkəsinin "Bavariya" klubu ilə anlaşıb.
Sabah.az Münhen təmsilçisinin saytına istinadən xəbər verir ki, o, əsas komandanın baş məşqçisi Hans Flikin köməkçisi təyin olunub. 41 yaşlı veteran futbolçu ilə 2021-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Kloze futbolçu karyerası ərzində "Bavariya"da da (2007-2011) çıxış edib.
Daha çox