Bakının bu ərazilərində hərəkət məhdudlaşdırılacaq - Foto
Bakının bəzi mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq.
Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yusif Səfərov küçəsinin kəsişməsindən 28 may küçəsinin kəsişməsinə qədər olan Mehdi Mehdizadə küçəsində və 28 may küçəsinin Mehdi Mehdizadə küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsinə qədər olan hissəsində 8 may 2020-ci il tarixdə axşam saatlarından etibarən hərəkət qısamüddətlik məhdudlaşdırılacaq.
Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Daha çox