Qəbul imtahanı bu il bir dəfə keçiriləcək - Tarix açıqlandı
“Orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanlarının ikinci mərhələsinin nəticələri əsasında aparılacaq”.
Sabah.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, DİM rəhbəri Məleykə Abbaszadə bildirib.
O deyib ki, bu il 19 mindən artıq şagird kolleclərə qəbul üçün müraciət edib:
“11 illik təhsil bazasından kolleclərə ərizə qəbulu mayın 11-dən iyunun 5-dək davam edəcək. İmtahan iyunda olacaq”.
DİM rəhbəri ali məktəblərlə bağlı suala da aydınlıq gətirib:
“Ali məktəblərə qəbul bu il bir dəfə keçiriləcək. İmtahanlar iyulun 20-dən sonra olacaq. Ali təhsil müəssisələrinə qəbul imtahanlarına mart-iyun ayında proqramda nəzərdə tutulan mövzulardan sual salınmayacaq”.
Daha çox