Şagirdlər sinifdən-sinfə necə keçəcək? - Rəsmi açıqlama
“Müvəqqəti qaydaların qüvvəyə minməsi yaxın günlərdə reallaşacaq”.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, bundan sonra tədris sahəsində fərqli yanaşmalar olacaq: “Bu tədris ilinin sonunda şagirdlərin hər hansı formada qiymətləndirilməsi nəzərdə tutulmur. Tədris ilinin birinci yarım ilində alınan qiymətlərə görə qiymətləndirmə və yuxarı sinfə keçirilmə baş tutacaq. Kim birinci yarım il qiymətindən narazı qalarsa, məktəbə müraciət edib yenidən qiymətləndirmədə iştirak edə bilər”.
Daha çox