İcazəsiz ov edənlərə min manat cərimə

XƏBƏR
13:21
13 Fevral 2020
42

Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, “Qara təpə” və Xızı rayonu Yaşma Quşçuluq Təsərrüfatı ərazilərində icazəsiz ov edən şəxslər saxlanılıb.

Sabah.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı ov edənlərin Sumqayıt şəhər sakini Şahin Qədimov və Bakı şəhər sakini Teymur Əliyev olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimələnib.

Xəbər lenti