Məşhur klub oteli dəyişdirdi - Bir çinliyə görə
"Mançester Yunayted" təlim-məşq toplanışında olduğu İspaniyanın Marbella şəhərində qaldığı oteli dəyişdirməyə qərar verib.
Sabah.az "Daily Mail"ə istinadən xəbər verir ki, buna Çin "Dalyan İfan" klubunun baş məşqçisi Rafael Benitezin ötən həftə həmin oteldə qalması olub.
Çində koronavirusu yayıldığı üçün klub sözügedən ölkədən İspaniyaya gedən Benitesin olduğu yerdə qalmaq istəməyib. Riskin qarşısını almaq üçün "MY" bu addımı atıb.
Qeyd edək ki, "Mançester Yunayted" "Şanxay Şenxua"dan icarədən götürdüyü Odion İqalonu da koronovirusa qarşı ehtiyat tədbirləri səbəbindən komandadan ayrı çalışdırır. O, "MY" İspaniyadakı düşərgəsinə aparılmayıb.
Daha çox