Vilyam Hacıyev rüşvəti evində alırmış - Video
İmişli Rayon İcra Hakimiyyətinin həbs edilən keçmiş icra başçısı Vilyam Hacıyev rüşvəti evində alırmış.
Sabah.az xəbər verir ki, bu barədə DTX-nin yaydığı rəsmi məlumatda bildirilib.
Vilyam Hacıyev ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırıb, bunun üçün alınan pul vəsaitlərini isə özünün yaşadığı evində qəbul edib.
Bütün bu proses onun evində olan kamera ilə qeydə alınıb. DTX-nin yaydığı videodan da göründüyü kimi, V.Hacıyev işçisindən pulları bir-bir alır, daha sonra “gözlə, buradan 3 min sənə verim” deyir.
Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.
Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Daha çox