Azərbaycan nefti ucuzlaşdı

İQTİSADİYYAT
11:40
7 May 2020
166

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb.

Sabah.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar azalaraq 29,47 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xəbər lenti