Avropanın daha iki ölkəsində mövsüm bərpa olunur
01:54
7 May 2020
112Xorvatiya və Serbiyada futbol mövsümünün davam etdirilməsinə qərar verilib.
Sabah.az xəbər verir ki, bu barədə hər iki ölkənin futbol federasiyası açıqlama yayıb. Serbiyada mayın 30-dan yüksək liqa və kubok oyunları davam etdiriləcək. Federasiya ilə klublar arasındakı razılığa əsasən, pley-off və pley-out oyunları ləğv olunub. Buna görə də mövsümə qalan 4 turu keçirməklə yekun vurulacaq.
Xorvatiyada isə kubok oyunları 30 və ya 31 may, yüksək liqa matçları isə iyunun 6-dan başlayacaq. Bütün oyunlar azarkeşsiz keçiriləcək. Eyni zamanda, Xorvatiyada 2 və 3-cü liqalarda mövsümün bərpa edilməyəcəyi də bildirilib.
Daha çox