Dibala koronavirusa qalib gəldi
İtaliyanın "Yuventus" klubunun futbolçusu Paulo Dibala koronavirusa qalib gəlib.
Sabah.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçunun son koronavirus testi mənfi çıxıb. Onun evdə karantin rejiminin başa çatdığı vurğulanıb.
Argentinalı oyunçunun özü də "İnstaqram" hesabı vasitəsi ilə tam sağaldığını bildirib.
Qeyd edək ki, Dibalada koronavirus ilk dəfə martın 21-i aşkarlanmışdı. Müalicə olunaraq sağalan futbolçu aprelin əvvəlində ikinci dəfə infeksiyaya yoluxub.
Daha çox