Bağlanan banklardakı əmanətlər nə vaxt qaytarılacaq? - Elman Rüstəmov

GÜNDƏM
22:11
6 May 2020
133

"Amrah Bank", "Atabank", "AGBank" və "NBC Bank"da əhalinin təxminən 680 milyon manat əmanəti var".

Sabah.az “Report”a istinadən xəbər verir ki, bunu “Real TV”yə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

"Əmanətlərin qaytarılması üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu lazımi prosedurlara başlayıb, onların müəyyən qədər vəsaiti var. Baxmayaraq ki, əmanətçilərə ödənişə başlamaq üçün 3 ay vaxt nəzərdə tutulub, amma yəgin ki, iyunun 1-dən pulların qaytarılmasına başlanılacaq. Həmin vəsaitlər kifayət qədər sabit banklara köçürüləcək. Bununla biz həm də həmin vəsaitləri iqtisadiyyata qaytarıb kreditləşmə üçün potensial yaradacağıq və insanlar həmin potensialdan istifadə edəcəklər", - deyə o, qeyd edib.

Xəbər lenti