Koronavirusa yoluxma sayı artdı - Polis hərəkətə keçdi+Video

GÜNDƏM
21:27
6 May 2020
883

Mayın 4-dən ölkənin əksər bölgələrində karantin rejimi ləğv olunsa da, bu qərar bəzi şəhər və rayonlara, o cümlədən Gəncəyə şamil olunmadı.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, odur ki, polis və Daxili Qoşunların xidmətçilərindən ibarət naryadlar şəhərin müxətlif bölgələrində müntəzəm nəzarət tədbirləri həyata keçirir.

Növbələrdə sosial məsafənin pozulması hallarına sıx rast gəlindiyindən bank və poçt filialları yerləşən ərazilərdə əlavə tədbirlər görülür. Hətta maskası olmayan şəxslərə polis tərəfindən maskalar paylanır.

Gəncədə yoluxma riskinin hələ də yüksək olduğu nəzərə alınaraq yoxlama tədbirləri güclənirilib. Narıncı bölgə elan olunan bu şəhərdə polisin xüsusi rejimdə fəaliyyəti karantin müddətinin sonuna qədər davam edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xəbər lenti