Hökumət Bundesliqanın bərpasına icazə verdi
Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqasının davam etdiriləcəyi dəqiqləşib.
Sabah.az “Bild”ə istinadən xəbər verir ki, hökumət futbol matçlarının mayın ikinci həftəsindən sonra bərpasına icazə verib.
Almaniya Kansleri Angela Merkelin nazirlərlə bugünkü görüşü zamanı bir sıra sahələrlə yanaşı, futbol mövsümünün davamı məsələsi də müzakirə olunduğu bildirilib. Bütün oyunların azarkeşsiz keçiriləcəyi qeyd olunub.
Bundesliqanın təşkilatçıları ilk oyunun vaxtını özləri seçməlidir. Bu, mayın 15-i və ya 22-si ola bilər.
Qeyd edək ki, Bundesliqa mart ayında, 26-cı turda koronavirus pandemiyasına görə dayandırılıb.
Daha çox