Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin komitə sədrlərinin görüşü keçiriləcək
Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri İrakli Beraya türkiyəli həmkarı Volkan Bozkırla videoəlaqə vasitəsilə danışıq aparıb.
Sabah.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidmətindən məlumat verilib.
Tərəflər Gürcüstan, Türkiyə və Azərbaycan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrlərinin gələn həftəyə planlaşdırılan üçtərəfli görüşü barədə müzakirə aparıblar.
İ.Beraya bildirib ki, Türkiyə və Azərbaycan Gürcüstanın mehriban qonşuları və strateji tərəfdaşlarıdır: “Gürcüstan hər iki ölkə ilə əməkdaşlığa xüsusi önəm verir”.
Daha çox