Türkiyədə çempionat bərpa olunur - Tarix açıqlandı

İDMAN
19:16
6 May 2020
167

Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Superliqasının bərpa tarixi məlum olub.

Sabah.az xəbər verir ki, bunu ötən gün səhiyyə naziri Fahrettin Koca ilə görüşüb, müzakirə aparan Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir bugünkü videokonfransda açıqlayıb. O, oyunların iyunun 12-də başlayacağını bildirib.

Federasiya rəhbəri yüksək liqa ilə yanaşı, 1-ci, 2-ci, 3-cü və həvəskarlar liqasının matçlarının iyunun 12, 13 və ya 14-də start götürəcəyini deyib. Qrum rəhbəri qarşılaşmaların azarkeşsiz keçirilib-keçirilməyəcəyinin isə Səhiyyə Nazirliyi ilə aparılacaq müzakirələrdən sonra bəlli olacağını vurğulayıb.

Özdəmir çempionatı iyulda tamamlayacaqlarına və avqustda Çempionlar Liqasının finalını təşkil edəcəklərinə inandığını bildirib.

Qeyd edək ki, artıq Superliqa klublarının çoxu məşqlərə başlayıb.

Xəbər lenti