Maaşlarına əlavə artımlar alan tibb işçilərinin sayı açıqlandı

XƏBƏR
18:08
6 May 2020
61

"Bəzi tibb işçiləri və tibb müəssisələrinin rəhbərləri əmək haqlarına əlavə artım məsələsini yanlış başa düşür".

Sabah.az APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, mart ayı üçün 9 483 tibb işçisi, 1043 qeyri-tibb işçisinə əlavələr ödənilib: "Bu da 6 milyon manatdan çox vəsait deməkdir. Proses davam edir. Hələ də bizə siyahılar daxil olur. 10 mindən çox tibb işçisi əlavə artımları artıq alıb".

Xəbər lenti