Onlar məhkəmə kollegiyalarına sədr təyin edildi - Adlar

GÜNDƏM
16:59
6 May 2020
106

Prezident İlham Əliyev Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında  sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, sərəncamda qeyd olunur ki,Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini rəhbər tutaraq qərara alınır:

1. Aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarının sədrləri təyin edilsinlər:

Bakı Apellyasiya Məhkəməsi üzrə:

Rəhimov Elmar Eldar oğlu - Cinayət Kollegiyasının sədri

Tağızadə Mirzə Nəsib oğlu - İnzibati Kollegiyanın sədri

Qurbanov Raqib Əliddin oğlu - Kommersiya Kollegiyasının sədri

Gəncə Apellyasiya Məhkəməsi üzrə:

Mamedov Rəşad Ziyaviddin oğlu - İnzibati Kollegiyanın sədri

Rzaquliyev Şamil Qəhrəman oğlu - Kommersiya Kollegiyasının sədri

Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:

Babayeva Hökümə Çingiz qızı - İnzibati Kollegiyanın sədri

Quliyev Telman Osman oğlu - Mülki Kollegiyanın sədri

Şirvan Apellyasiya Məhkəməsi üzrə:

Həsənov Müşfiq Kamil oğlu - İnzibati Kollegiyanın sədri

Kərimov Tale Suliddin oğlu - Kommersiya Kollegiyasının sədri

Şəki Apellyasiya Məhkəməsi üzrə:

Rəfiyev Rövşən Rafiq oğlu - İnzibati Kollegiyanın sədri

Hüseynov Elçin Şirin oğlu - Kommersiya Kollegiyasının sədri

Xəbər lenti